Bakının Yasamal rayonu ərazisindəki daha bir ünvanda beşmərtəbəli binaların söküntüsü planlaşdırılır.
BUTA.TV Bakı.vs-ə istinadən xəbər verir ki, söhbət keçmiş 5 saylı çörək zavodu yaxınlığındakı binalardan gedir.
Belə ki, Zahid Xəlilov və Əbdürrəhim bəy Haqverdiyev küçələri ərazisində yerləşən binalardan bəzilərinin söküntüsü həyata keçiriləcək. Sakinlərə söküləcək evləri müqabilində kompensasiyalar təklif olunur.
Evlərini tərk edən sakinlərə pilot layihə olaraq yeni binalardan 20 kvadrat metr əlavə sahəsi olan mənzillər təklif olunur. Yeni binaların tikiləcəyi müddət ərzində isə vətəndaşlara 700 manat kirayə pulu verilir.
Yeni binalarda mənzil almaq istəməyən vətəndaşlara isə kvadrat metri 1700 AZN-dən pul təklif olnunur.
- Yeni vəzifə maaşları: Baş nazir 17160 manat, nazir isə...
- Qəbiristanlıqlarda mina riski var, diqqətli olun!
- Bu marşrutda gedişhaqqı 60 qəpik oldu
- Reabilitasiya müəssisələri bu agentliyin tabeliyinə veriləcək
- Əmək qanunvericiliyi gender bərabərliyinə tam təminat yaradır
- Azərbaycanda yeni agentlik yaradıldı
- Məktəblilər üçün “Smart Money Talks” sessiyası təşkil edildi
- Bayramov Moldovada ölkəmizdəki islahatlardan danışdı