Kürdəmir rayonunda dələduzluq əməlində şübhəli bilinən şəxs bu gün xəstəxanada ölüb.
DİN-in mətbuat xidmətinin regional qrupundan BUTA.TV-a bildirilib ki, Cinayət Məcəlləsinin 178-ci (Dələduzluq) maddəsi ilə şübhəli bilinən Oktay Əliyev bu gün barəsində aparılan cinayət işi ilə əlaqədar rayon polis şöbəsinə dəvət edilib.
Prosessual qanunvericiliyə uyğun olaraq vəkilin iştirakı ilə dindirildikdən sonra saat 21 radələrində onun halı qəfil pisləşdiyi üçün təcili tibbi yardım çağırılıb və həkim müşayəti ilə xəstəxanaya yerləşdirilib. O, bütün tibbi müdaxilələrə baxmayaraq ürək tutmasından vəfat edib.
Araşdırma aparılır.
- İranda zəlzələ oldu
- Vəzifəli şəxsin ölkədən çıxışına məhdudiyyət qoyuldu
- Yanan avtomobili söndürmək istədi, maşın vurub öldürdü
- 7 professor elmi şuradan niyə uzaqlaşdırılıb? - Video
- Ramazan ayında nə yemək olmaz?
- Siqaret çəkənlərin nəzərinə: 5 minədək cərimə...
- Pensiya alanlara xoş xəbər
- 1 milyonluq dələduzluq: məmur oğlunun növbəti məhkəməsi...