2023-cü ildə neftin bir barrelini qiyməti yenidən 100 dollara yüksələcək, çünki məhdud təklif artan tələbatla üst-üstə düşür.
BUTA.TV xəbər verir ki, bu barədə “Eurasia Group” konsaltinq firması məlumat yayıb.
“COVİD-0 siyasətindən qəfil çıxmasından sonra Çin iqtisadiyyatının bərpası gözlənildiyindən daha sürətli olduğu üçün, həmçinin ABŞ-ın dərin olmayan tənəzzülündən sonra neft bazarı bu il silkələnmə yaşamağa hazırlaşır”, - deyə bildirilir.
Müəlliflərin sözlərinə görə, bu iki amil xam neftə tələbi artıracaq və yeni tədarükün ciddi çatışmazlığını ortaya çıxaracaq.
“Davam edən sanksiyalar fonunda Rusiya istehsalının azalması, OPEK+ ehtiyat potensialının aşağı səviyyəsi, qeyri-OPEK hasilatına kapital qoyuluşunun azalması və İranla nüvə sazişinin olmaması ilə problem daha da dərinləşir”.
Qeyd edək ki, hazırda “Brent” markalı neftin bir barreli 79,12 dollaradır.
- Azərbaycanda yeni agentlik yaradıldı
- Məktəblilər üçün “Smart Money Talks” sessiyası təşkil edildi
- Bayramov Moldovada ölkəmizdəki islahatlardan danışdı
- ABB istiqrazlarına abunə yazılışı uğurla başa çatdı!
- İlham Əliyev fərman imzaladı
- Azərbaycan onu Özbəkistana təhvil verdi
- Zakir Həsənov Ordumuzun bayramını təbrik etdi
- Abşeron rayonunda iftar süfrəsi açıldı - Foto