Britaniya radiosu səhvən ölüm xəbərini yaydı - Üzr istədilər

22:00 - 20 May 2026 - GÜNDƏM

 Britaniya radiosu səhvən ölüm xəbərini yaydı - Üzr istədilər

Britaniyanın “Radio Caroline” radiostansiyası səhvən Kral III Çarlzın ölüm xəbərini yayıb.

BUTA.TV” xəbər verir ki, bu haqda “The Independent” yazıb.

Nəşrin məlumatına görə, mayın 19-da monarxın ölüm xəbəri “Tanrı Kralı qorusun” himni ilə yanaşı yayımlanıb. Bundan sonra adi yayım qəfil dayanıb və 15 dəqiqə ərzində bərpa olunmayıb.

 Aparıcılar sonda efirə qayıdıb və Çarlzın ölüm xəbərini təkzib edib.

Onlar dinləyicilərdən üzr istəyib və anlaşılmazlığın “kompüter xətası” ilə bağlı olduğunu izah ediblər.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol