Bu gün UEFA Avropa Liqasında 2025-2026 mövsümünün qalibi məlum olacaq.
“BUTA.TV” xəbər verir ki, həlledici görüşdə “Frayburq” (Almaniya) və “Aston Villa” (İngiltərə) komandaları üz-üzə gələcək.
İstanbuldakı “Beşiktaş Park” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Matçı Fransadan olan referi Fransua Leteksye idarə edəcək.
Avropa Liqası
Final
23:00 “Frayburq” (Almaniya) – “Aston Villa” (İngiltərə)
İstanbul. “Beşiktaş Park”
Qeyd edək ki, UEFA Avropa Liqasının son qalibi İngiltərənin “Tottenhem” klubu olub.
***
Matç başladı.
***
Yuri Tilemans 41-ci dəqiqədə hesabı açır.
***
Emiliano Buendia 45+3-cü dəqiqədə hesab arasındakı fərqi artırır.
***
Fasilə.
***
İkinci hissə başladı.
***
Morqan Rocers 59-cu dəqiqədə hesabı 3:0 edir.
***
Matç “Aston Villa”nın 3:0 hesablı qələbəsi ilə başa çatır. Bununla da onlar UEFA Avropa Liqasının qalibi olurlar. Birminhem təmsiliçisi son dəfə Avropa səhnəsində 44 il öncə – 1982-ci ildə UEFA Çempionlar Kubokunun (indiki Çempionlar Liqası – red.) qalibi olmuşdular.







- Vətən müharibəsi iştirakçısı icra başçısının müavini oldu
- "EFES - 2026" təlimində gecə mərhələsi keçirildi
- “Aston Villa” Avropa Liqasının çempionu oldu - Video-Yenilənib
- Raul Kastroya rəsmi ittiham irəli sürüldü - Təyyarəni vurma əmrini o veribmiş...
- Britaniya radiosu səhvən ölüm xəbərini yaydı - Üzr istədilər
- Dünyanı heyran qoyan qızlarımız... - Fotolar
- Yeni qlobal Bakı Şəhərsalma Mükafatı təsis edildi - Fotolar
- “Nə istəsəm, Netanyahu edir”