Bu gün QHT Agentliyinin və Mirzə Ələkbər Sabir Fondunun birgə təşkilatçılığı ilə WUF13 çərçivəsində Bakının mərkəzində bir qrup Azərbaycan xanımlarının milli geyimlərdə gəzinti-yürüşü təşkil edilib.
“BUTA.TV” xəbər verir ki, aksiya Bakı şəhərinin sakinləri və xarici qonaqları tərəfindən yüksək maraqla qarşılanıb.
Mirzə Ələkbər Sabir Fondunun sədri, əsərləri dövlət varidatı elan edilmiş M.Ə.Sabirin nəvəsi Sevda Tahirli bildirib ki, Qız Qalası - İçərişəhər - Natəvan heykəli - Dənizkənarı Milli Bulvar – Xəqani bağı – Fəvvarələr Meydanı – Sabir heykəli marşrutu üzrə davam etmiş gəzinti-yürüşün məqsədi milli irsin tanıdılması, milli geyimlərə, kəlağayılara maraq oyatmaqdır.
S.Tahirli WUF13 çərçivəsində və Müstəqillik günü ərəfəsində bu tədbirin təşkilinin xüsusi rəmzi mənasının olduğunu qeyd edib.












- Səhvən Kralın ölüm xəbərini yaydılar - Üzr istədilər
- Dünyanı heyran qoyan qızlarımız... - Fotolar
- Yeni qlobal Bakı Şəhərsalma Mükafatı təsis edildi - Fotolar
- “Nə istəsəm, Netanyahu edir”
- Sabah bu üç rayonda qaz olmayacaq
- Növbəti kimdir? - “Qarabağ”dan anons+Video
- Bakı-Tiflis qatarlarında belə vaqonlar olmayacaq
- Gürcüstana səfər: 12 manatlıq sığorta nələri qarşılayır?