Ukrayna Rusiyada hədəflərini dəqiq seçməlidir - Polşa

17:39 - 20 May 2026 - GÜNDƏM

 Ukrayna Rusiyada hədəflərini dəqiq seçməlidir - Polşa

Ukrayna Rusiya ərazisinə zərbələr endirmək üçün hədəfləri daha dəqiq seçməlidir.

BUTA.TV xəbər verir ki, bunu Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış deyib.

Onun sözlərinə görə, Ukrayna dronlarının Baltik hava məkanını pozması Rusiya tərəfindən təxribat, təbliğat və hibrid müharibənin gücləndirilməsi üçün istifadə edilə bilər:

“Ukrayna çox diqqətli olmalıdır: taktiki məqsədlərini başa düşməklə yanaşı, NATO ölkələrinin ərazisini də qorumalıdır”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol