İmzalanmış razılaşmaya əsasən, qatarın Azərbaycan ərazisində sərhəd və gömrük nəzarəti Böyük Kəsik stansiyasında qatarda, sərnişinlər düşürülmədən həyata keçiriləcək. Bu məqsədlə stansiyada 60 dəqiqəlik dayanma nəzərdə tutulur.
BUTA.TV xəbər verir ki, bu barədə APA-ya müsahibəsində Azərbaycan Dəmir Yolları QSC-nin Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov deyib.
“Gürcüstan ərazisində isə analoji sərhəd və gömrük yoxlamaları Qardabani stansiyasında aparılacaq və burada da 60 dəqiqəlik dayanma planlaşdırılıb. Hər bir vaqonda sərhəd və gömrük əməkdaşları üçün xüsusi iş yerləri ayrılıb. Bu, prosedurların daha rahat və sistemli şəkildə aparılmasına imkan verəcək”, - qeyd edib.
- “Azercell” ilin “Ən Yaxşı Yerli Brend”i seçildi
- Gürcüstana səfər: 12 manatlıq sığorta nələri qarşılayır?
- Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
- Zakir Həsənov Yaşar Gülərlə görüşdü - Foto
- Ukrayna Rusiyada hədəflərini dəqiq seçməlidir - Polşa
- I Böyük Qayıdış Proqramı nə vaxt yekunlaşacaq?
- 26 mindən çox maşın utilizasiya edildi
- ADY Gürcüstana gedəcək qatarları təqdim etdi - Video