Bakının 7 rayonundan tədris onlayn olacaq - Sabahdan

22:33 - 17 May 2026 - GÜNDƏM

 Bakının 7 rayonundan tədris onlayn olacaq - Sabahdan

Sabahdan - 18 maydan Bakının 7 rayonunda yerləşən məktəblərdə tədris distant formada keçiriləcək.

BUTA.TV xəbər verir ki, bununla bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb.

Bildirilib ki, Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) keçirildiyi müddətdə Bakı şəhərinin Yasamal, Səbail, Nəsimi, Nərimanov, Binəqədi, Xətai və Xəzər rayonlarındakı ümumi təhsil müəssisələrinin V-XI sinifləri üzrə tədris prosesi 18-22 may tarixlərində distant formada olacaq.

Qərar Bakının Pirallahı, Qaradağ, Suraxanı, Sabunçu və Nizami rayonlarındakı məktəblərə aid deyil.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol