14 dəfə əməliyyat olunsa da, imtahandan yüksək bal topladı - Video

21:51 - 17 May 2026 - GÜNDƏM

 14 dəfə əməliyyat olunsa da, imtahandan yüksək bal topladı - Video

Səhhəti məktəbə getməyə, normal təhsil almağa çətinlik yaratsa da, 9-cu sinif imtahanlarından 252 bal toplaya bilib.

BUTA.TV” xəbər verir ki, Yevlax şəhərində dünyaya göz açan Nəcibə Əlizadə həmyaşıdlarından fərqli olaraq, evdə fərdi təhsil alıb.

O bu yaşına çatana qədər yalnız 2-ci sinifdə oxuyan zaman atasının köməyi ilə bir neçə gün dərslərə qatıla bilib. Ondan sonra keçirdiyi ağır əməliyyatlar təhsilini məktəbdə davam etdirməyə imkan verməyib.

Doqquz aylığından serebral-iflic xəstəliyindən əziyyət çəkən Nəcibə Əlizadə iradəsi, zəhməti və təhsilə olan sevgisi ilə qarşısına qoyduğu məqsədlərə çatmaq üçün böyük əzmkarlıq nümayiş etdirib.

Bu xəbər hal-hazırda çox oxunur
Azərbaycan 12 xalı bu ölkəyə verdi

15 yaşlı yeniyetmənin hərəkət etməsində ən yaxın köməkçiləri  valideynləridir. Atası Ramil Əliyev qızının 9 aylığından bu günə qədər 14 dəfə əməliyyat keçirdiyini deyir. Bütün bu çətin və ağrılı mərhələlərə baxmayaraq, Nəcibənin təhsilə marağı azalmayıb.

Bir qardaşın yeganə bacısı olan Nəcibə Əlizadə 11-ci sinifdə maxsimum nəticə göstərərək, ali məktəbə qəbul olmağı arzulayır.

Daha ətraflı “Xəzər TV”nin videomaterialında:


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol