Sumqayıtda bağçada təhlükə: ərazi nəzarətə götürüldü

12:09 - 12 May 2026 - GÜNDƏM

 Sumqayıtda bağçada təhlükə: ərazi nəzarətə götürüldü

Sumqayıt şəhəri 57 nömrəli körpələr evi uşaq bağçasında yardımçı otaqlardan birinə baxış zamanı mərmiyə bənzər iki əşya aşkarlanıb.

BUTA.TV xəbər verir ki, bu barədə Report-a adıçəkilən təhsil müəssisəsindən məlumat verilib.

Bildirilib ki, hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib, ərazi nəzarətə götürülüb, təhlükəsizlik tədbirləri gücləndirilib və müəssisədə zəruri təxliyə tədbirləri həyata keçirilib.

Qeyd olunub ki, hazırda vəziyyət tam nəzarət altındadır.

Bu xəbər hal-hazırda çox oxunur
20 günün əsgəri vəfat etdi

İlkin ehtimallara əsasən, aşkar olunan əşyaların əvvəlki dövrlərə aid köhnə materiallar arasında qalması istisna edilmir.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol