Ötən həftə infarkt diaqnozu ilə xəstəxanaya yerləşdirilən və ürəyinə stent qoyulan Akif İslamzadənin vəziyyəti açıqlanıb.
“BUTA.TV”nun sorğusuna cavab olaraq Mərkəzi Gömrük Hospitalının Əməliyyatxana anesteziya-reanimasiya şöbəsinin rəisi Tural Sadıqov bildirib ki, Akif İslamzadənin ümumi vəziyyəti ağır stabil olaraq qalır.
“Xəstənin huşu aydındır. Hemodinamik vəziyyətinə uyğun olaraq xəstə aktivləşdirilib. Dərmanların fonunda təzyiqi normal saxlanılır. Miokard infarktı diaqnozu ilə müalicəsi davam etdirilir”.
Qeyd edək ki, Akif İslamzadənin 77 yaşı var.
Lamiyə Məmmədova
- 61 yaşlı kişi iş yerində qəfil öldü
- Sükan arxasında yuxuladı, qəza baş verdi: ölən var - VİDEO
- 2 yaşlı uşaq faciəvi şəkildə öldü
- Bu yolda hərəkət iflic oldu - Video
- Sabah 30 dərəcə isti olacaq
- Akif İslamzadənin vəziyyəti necədir?
- Manqalı yandırmaq istəyərkən, özü yanıb öldü
- Ələtdə pəncərəni silən qadın yıxılıb öldü