Çexiya çempionatının çempionluq mərhələsində paytaxt Praqanın iki nəhəng klubu “Slaviya” və “Sparta” qarşıdurması kütləvi iğtişaşla nəticələnib.
“BUTA.TV” xəbər verir ki, “Slaviya Praqa” əzəli rəqibi üzərində 3:2 hesablı qələbəni rəsmiləşdirməyə çox yaxın olduğu bir vaxtda, qarşılaşmanın 90+7-ci dəqiqəsində meydan sahiblərinin azarkeşləri yaşıl meydana axışıblar.
Belə ki, coşmuş kütlə əllərindəki yanan məşəlləri rəqib komandanın tərəfdarlarının yerləşdiyi tribunaya fırladıblar.
Yaranan gərginlik və təhlükəsizlik problemləri səbəbindən hakim oyunu dayandırıb.
Qarşılaşma yarımçıq qalıb.
- 61 yaşlı kişi iş yerində qəfil öldü
- Sükan arxasında yuxuladı, qəza baş verdi: ölən var - VİDEO
- 2 yaşlı uşaq faciəvi şəkildə öldü
- Bu yolda hərəkət iflic oldu - Video
- Sabah 30 dərəcə isti olacaq
- Akif İslamzadənin vəziyyəti necədir?
- Manqalı yandırmaq istəyərkən, özü yanıb öldü
- Ələtdə pəncərəni silən qadın yıxılıb öldü