Azərbaycanda bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə isə (Daşkəsən, Gədəbəy) qar yağır.
BUTA.TV xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin aprelin 25-i saat 12:00-a olan məlumatında qeyd olunub.
Bildirilib ki, düşən yağıntının miqdarı Ağstafa və Tovuzda 5, Balakən və Şəmkirdə 2, Culfa, Gəncə, Qax (Sarıbaş), Zaqatala, Şəki, Şamaxı, Quba, Qusar, Bərdə, Yevlax, Zərdab, Kürdəmir, Sabirabad və Lənkəranda 1 mm-dir.
Bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Mingəçevirdə 28, Bərdə və Tərtərdə 25, Ağdamda 24, Goranboyda 23, Göyçayda 22, Naftalanda 21, Şəkidə 20, Kəlbəcərdə 19, Göygöldə 17, Sabirabad, Qobustan və Yardımlıda 16, Culfa, Balakən və Zaqatalada 15-m/s-yə çatır.
- Qurumlar yararsız maşınları sığortalayır - Palata
- İntensiv yağış yağacaq, dolu düşəcək – Xəbərdarlıq
- Orta Dəhlizin inkişafı üzrə mühüm sənədlər imzalandı
- Şərurda avtomobilini yandıran sərxoş sürücü saxlanıldı
- Bakıda pariklə dələduzluq edən şəxs tutuldu - Video
- Kürdəmirdə iki gün əvvəl əməliyyat olunan şəxs öldü
- Bakıda yaşayış binasında yanğın başladı - Video
- Pulunu dollarlarla saxlayanlara şad xəbər