Bu ərazilərdə qaz kəsiləcək

19:58 - 9 Aprel 2026 - GÜNDƏM

 Bu ərazilərdə qaz kəsiləcək

Siyəzən rayonu Böyük Həmyə kəndi istiqamətində istismarda olan qaz xəttində qaz sızmasının aradan qaldırılması ilə əlaqədar olaraq 10 aprel saat 10:00-dan qaz təchizatı dayandırılacaq.

BUTA.TV xəbər verir ki, bu barədə Xaçmaz Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilib ki, təmir müddətində Böyük və Balaca Həmyə kəndləri, H.Talıbov, Q.Qocaliyev, B.Bayramov, Ş.Xətai və A.Zahirov küçəsləi olmaqla ümumilikdə 1916 abonentin qaz təchizatında fasilə yaranacaq.

Qeyd edilib ki, qaz təchizatı təmir işləri başa çatdıqdan sonra bərpa ediləcək.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol