Elektrikə qoşulmaq üçün yeni qayda tətbiq ediləcək

19:50 - 9 Aprel 2026 - GÜNDƏM

 Elektrikə qoşulmaq üçün yeni qayda tətbiq ediləcək

2026-cı ildə Azərbaycanda qeyri-məişət kateqoriyası üzrə paylayıcı elektrik şəbəkəsinə qoşulmaq istəyənlər üçün elektron müraciət kanalı tətbiq ediləcək.

BUTA.TV Trend-ə istinadən xəbər verir ki, iyunda bununla bağlı normativ hüquqi baza təkmilləşdiriləcək.

Belə ki, Energetika Nazirliyinin Enerji Məsələlərini Tənzimləmə Agentliyi “Azərişıq” ASC ilə birlikdə 2026-cı il iyunun 1-dək qeyri-məişət kateqoriyası üzrə paylayıcı elektrik şəbəkəsinə qoşulma məqsədilə müraciət edənlər üçün yalnız elektron müraciət kanalının tətbiqi ilə bağlı normativ hüquqi bazanın gücləndirilməsi barədə təklifləri hazırlayıb və aidiyyəti üzrə təqdim etməlidir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol