Qatarlar arasında interval növbəti dəfə azaldılır

14:38 - 3 Aprel 2026 - GÜNDƏM

 Qatarlar arasında interval növbəti dəfə azaldılır

Bakı Metropoliteni QSC qatarların hərəkət qrafikinin optimallaşdırılması və sərnişin axınının tənzimlənməsi istiqamətində növbəti yeniliklər edib.

BUTA.TV xəbər verir ki, bu barədə QSC məlumat yayıb.

Məlumata görə, sərnişin sayında müşahidə edilən artım nəzərə alınaraq, texniki sistemlərdə aparılan təkmilləşdirmə və rəqəmsal həllərin tətbiqi sayəsində pik vaxtlarda "28 May–Əhmədli" sahəsində hər iki istiqamətdə saatda 36 cüt qatar hərəkət edir, günorta saatlarında – 12:30-14:30 və 16:00-17:00 aralıqlarında Yaşıl və Qırmızı xətlərdə 30 saniyə azaldılmış interval tətbiq olunur, səhər, günorta və axşam saatlarında xətlərə "Koroğlu", "28 May", "Gənclik" və "Elmlər Akademiyası" stansiyalarına qədər sərnişinsiz hərəkət edən qatarlar verilir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol