Üçüncü yerüstü metro stansiyası nə vaxt istifadəyə veriləcək?

09:28 - 3 Mart 2026 - CƏMİYYƏT

 Üçüncü yerüstü metro stansiyası nə vaxt istifadəyə veriləcək?

Bakı Metropoliteninin üçüncü yerüstü metro stansiyasının istifadəyə veriləcəyi tarix məlum olub.

BUTA.TV xəbər verir ki, bu barədə Oxu.az-ın Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Tikinti layihələrinin idarə edilməsi departamentinin rəisi Məmməd Rzayev deyib. O bildirib ki, yeni metro stansiyası "Dərnəgül" deposu ərazisində olacaq:

"Deponun ərazisində, həmçinin yerüstü stansiya da fəaliyyətə başlayacaq. Depo və yeni stansiyada tikinti-quraşdırma işləri davam edir. Gələn ilin sonuna qədər işlər başa çatacaq, depo və yerüstü stansiya fəaliyyətə başlayacaq".


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol