Bakı-Qazax-Bakı istiqamətində əlavə qatar reysləri təyin edildi

10:14 - 3 Mart 2026 - GÜNDƏM

 Bakı-Qazax-Bakı istiqamətində əlavə qatar reysləri təyin edildi

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) qarşıdan gələn bayram günlərində sərnişin tələbatını təmin etmək məqsədilə Bakı-Qazax-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir.

Bu barədə BUTA.TV-a səhmdar cəmiyyətindən bildirilib.

Belə ki, 20, 22, 29 və 30 mart tarixlərində hər iki istiqamətə səfərlər təşkil ediləcək. Qatar Bakıdan Qazaxa saat 07:45-də, Qazaxdan Bakıya isə saat 16:40-da yola düşəcək.

Sərnişinlər biletləri dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya "ADY Mobile" tətbiqindən əldə edə bilərlər.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol