Bu rayonlara qar yağıb – Faktiki hava

11:22 - 1 Mart 2026 - GÜNDƏM

 Bu rayonlara qar yağıb – Faktiki hava

Saat 10:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti müşahidə olunub.

Milli Hidrometeorologiya Xidmətindən BUTA.TV-a bildirilib ki, qarın hündürlüyü Şahbuzda 39, Xınalıq, Qrızda 31, Şəkidə 30, Zaqatalada (Əlibəy) 29, Qusar (Laza) 22, Şahdağda 18, Lerikdə 15, Xaltanda 14, Qax (Sarıbaş), Daşkəsəndə 13, İsmayıllı (İvanovka), Qəbələdə 10, Qubada 9, Gədəbəydə 8, Altıağac, Yardımlı, Oğuzda 5, Qobustanda 4 sm, Şamaxı, Göygöldə 2 sm-dir.

Yağıntının miqdarı Göyçayda 15, Balakəndə 12, Şahbuzda 10, Tovuz, Şabranda 8, Ağstafada 5, Mingəçevir, Goranboyda 4, Bakıda və Abşeron yarımadasında, eləcə də Şəmkir, Kürdəmir, Lənkəran, Astara, Ağdamda 3, Naxçıvan, Gəncə, Tərtərdə 2, Ceyrançöl, Culfa, Ordubad, Naftalan, Ağsu, Bərdə, Yevlax, Sabirabad, Neftçalada 1 mm-dir.

Şərq küləyi əsib, küləyin maksimal sürəti Neftçalada 20, Naftalanda 18, Biləsuvarda 16 m/s-dək güclənib.

Daşkəsən, Göygöl, Balakən, Sarıbaş (Qax), Şəki, Şamaxı, Qobustan, Qrız, Göyçayda duman müşahidə olunub, dumanda görünüş 500 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 2, Aran rayonlarında 3 dərəcəyədək isti, Naxçıvan MR 1, dağlıq rayonlarda 4 dərəcəyədək şaxta qeydə alınıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol