Astarada 64 kq narkotik vasitə dövriyyədən çıxarılıb.
BUTA.TV xəbər verir ki, Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib.
Tədbirlərlə əvvəllər də analoji cinayətlərə görə məhkum olunmuş 25 yaşlı Emin Quliyev saxlanılıb.
Ondan 43 kiloqram marixuana və 1520 ədəd psixotrop tərkibli həb aşkarlanıb.
Şöbə əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri növbəti əməliyyat zamanı isə 35 yaşlı Yusif Xalıqov saxlanılıb.
Ondan isə 21 kiloqram marixuana aşkarlanaraq götürülüb.
Faktlarla bağlı cinayət işləri başlanılıb, hər 2 şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.
- Tabutumu azərbaycanlı gənclər daşısın... - Davudoğlu
- İlham Əliyev, indi bu adı deməyi sevirəm - Tramp
- Azərbaycan 7 milyard verən ölkələrdən biridir? - Hacıyev
- Azərbaycanlıların İrəvana getməsi erməniləri təşvişə saldı
- Azərbaycanlı xanımın gürcü baş nazirə dəhşətli məktubu...
- Saxta kampaniyalarla bağlı vətəndaşlara - Xəbərdarlıq
- Nazirdən əmr: Məmmədov komandir təyin edildi
- Ramazanın ikinci günü: Dua, imsak və iftar vaxtı