Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşının ABŞ hərbçiləri tərəfindən necə saxlanılmasına dair bəzi detallar məlum olub.
BUTA.TV xəbər verir ki, Venesuela prezidenti Maduro və onun xanımı Cilia Flores rəsmi iqamətgahda yox, şəxsi malikanələrindən birində saxlanılıblar.
Mənbənin bildirdiyinə görə, Maduro və həyat yoldaşının paytaxt Karakasdan kənarda yerləşən həmin malikanəndə olmalarını az adam bilirmiş. Prezident və xanımı burada 1 gün qaldıqdan sonra yerlərini dəyişməyi planlaşdırıblarmış. Lakin ani hücum onların bu planını pozub.
Məlumata görə, saxlanılma anında Venesuela Prezidenti Nikolas Maduro ABŞ hərbçilərindən xanımını azad etmələrini xahiş edib, özünün isə könüllü şəkildə onlarla gələcəyini söyləyib. Lakin əməliyyatçılar onun bu xahişini yerinə yetirməyib.
- Gömrükdə malların buraxılışı məsələsi ilə bağlı yenilik
- Onların maaşlarında artımlar olacaq - Tapşırıq verildi
- Hansı rayonlarda ailələr daha çox dağılır? - Statistika
- Nəsimidə 72 kq narkotik dövriyyədən çıxarıldı - Video
- Xəzərdə yenə zəlzələ oldu
- Taksilərlə bağlı yeni tələblər müəyyənləşəcək
- Dövlət qurumları adından kütləvi fişinq hücumları oldu
- Sabah Bakının bu rayonlarında qaz olmayacaq