Rusiyalı biznesmen Samvel Karapetyan və komandasının üzvləri Azərbaycandan Ermənistana neft tədarükü ilə bağlı yalanlar danışırlar.
BUTA.TV Teleqraf-a istinadla xəbər verir ki, bu barədə Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan bildirib.
“Rusiyalı biznesmenin komanda üzvləri niyə belə yalan danışırlar? Səbəb çox sadədir. Çünki onlar sizin (erməni cəmiyyətinin) qorxularınız üzərindən oynayırlar. Böyük çətinliklərlə əldə etdiyimiz sülhü hər vəchlə dəyərdən salmaq istəyirlər.
İstəyirlər ki, Ermənistan blokada şəraitində qalmağa və yoxsullaşmağa, özləri isə köhnə tərəfdaşları Köçəryan və Sərkisyanla birlikdə zənginləşməyə davam etsinlər”, - vitse-spiker vurğulayıb.
- Gömrükdə malların buraxılışı məsələsi ilə bağlı yenilik
- Onların maaşlarında artımlar olacaq - Tapşırıq verildi
- Hansı rayonlarda ailələr daha çox dağılır? - Statistika
- Nəsimidə 72 kq narkotik dövriyyədən çıxarıldı - Video
- Xəzərdə yenə zəlzələ oldu
- Taksilərlə bağlı yeni tələblər müəyyənləşəcək
- Dövlət qurumları adından kütləvi fişinq hücumları oldu
- Sabah Bakının bu rayonlarında qaz olmayacaq