Bilirdim ki, prezidentimiz İlham Əliyev idmana, elmə çox dəyər verir və həssas yanaşır. İlin sonuna 5 gün qalmasına baxmayaraq, çox əmin idim ki, bu tarixi hadisə - Everest (8.848 metr) və Lhotse (8.516 metr) zirvələrinə qalxmağım dəyərləndiriləcək.
Bu sözləri BUTA.TV-a açıqlamasında Prezident İlham Əliyevin sərəncamına əsasən “Tərəqqi” medalı ilə təltif olunan azərbaycanlı alpinist Vəfa Musayeva deyib.
“Tərəqqi” medalına layiq görüldüyüm üçün şəxsim adından daha çox Azərbaycan qadını, Azərbaycan alpinisti olaraq sevinirəm. Azərbaycan alpinizmində Azərbaycan vətəndaşı olaraq ilk dəfə buna layiq görülmüşəm. Bu mənim üçün böyük məsuliyyətdir. Eyni zamanda da gələcək zirvələr üçün mənə ilham verir.
Çox təsirlənmişəm, çox qürurluyam, çox xoşbəxtəm. Belə diqqət çox dəyərlidir. “Everest” zirvəsində bayrağı qaldıranda necə sevincdən ağlamışdımsa, indi də eyni duyğuları yaşayıram”, - alpinist bildirib.
- Gömrükdə malların buraxılışı məsələsi ilə bağlı yenilik
- Onların maaşlarında artımlar olacaq - Tapşırıq verildi
- Hansı rayonlarda ailələr daha çox dağılır? - Statistika
- Nəsimidə 72 kq narkotik dövriyyədən çıxarıldı - Video
- Xəzərdə yenə zəlzələ oldu
- Taksilərlə bağlı yeni tələblər müəyyənləşəcək
- Dövlət qurumları adından kütləvi fişinq hücumları oldu
- Sabah Bakının bu rayonlarında qaz olmayacaq