Ermənistanın qlobal platformalarla sıx inteqrasiya olunmuş texnologiya mərkəzinə çevrilməsi bu ölkə və onunla bağlı erməni diasporu üçün qlobal informasiya məkanına çıxışı asanlaşdıra bilər. Bununla da tarixi yalanların və Türkiyəyə qarşı hücumların yayılmasına təkan veriləcək.
BUTA.TV xəbər verir ki, bu barədə Türkiyənin “Sabah” qəzetində dərc olunmuş və Qərb şirkətlərinin Ermənistanın texnoloji sektoruna qoyduğu böyük investisiyalara həsr edilmiş məqalədə deyilir.
Nəşrin müəllifi Ermin Akıllı qeyd edir ki, “Nvidia” şirkətinin Ermənistanda süni intellekt mərkəzi yaratmaq təşəbbüsü kimi 500 milyon dollara qədər başa gələn layihələr Türkiyə üçün risklər yaradır.
Onun fikrincə, digər bir təhlükə “regionun informasiya və rəqəmsal arxitekturasının Türkiyədən ayrı” formalaşdırılması perspektivləridir. “Bu cür inkişaf uzunmüddətli perspektivdə Türkiyənin strateji təsir məkanını daralda bilər”, - deyə məqalədə bildirilib.
Müəllif Türkiyə hakimiyyətini “Ermənistanın hərəkətlərini seyr etməməyə”, “dərhal strateji xarakterli əks tədbirlər görməyə” çağırıb. “Rəqəmsal sahədə Türkiyə-Azərbaycan əməkdaşlığını dərinləşdirmək də vacibdir. İki ölkə arasında strateji tərəfdaşlıq süni intellekt (AI), məlumatların qorunması və kibertəhlükəsizlik sahələrini də əhatə etməlidir. Digər məsələlərlə yanaşı, birgə verilənlər bazalarının və regional “bulud bazasının” yaradılması, eləcə də ölkələrin müdafiə qabiliyyətlərini artırmağa yönəlmiş AI layihələrinin həyata keçirilməsi nəzərdən keçirilə bilər”, - deyə Ermin Akıllı yazır və vurğulayır ki, Türkiyə regionun texno-siyasi şahmat lövhəsində həlledici aktora çevrilməlidir.
- Ağac maşının üzərinə aşdı: gəlin və qayınana xəsarət aldı - Foto
- Gömrükdə malların buraxılışı məsələsi ilə bağlı yenilik
- Onların maaşlarında artımlar olacaq - Tapşırıq verildi
- Hansı rayonlarda ailələr daha çox dağılır? - Statistika
- Nəsimidə 72 kq narkotik dövriyyədən çıxarıldı - Video
- Xəzərdə yenə zəlzələ oldu
- Taksilərlə bağlı yeni tələblər müəyyənləşəcək
- Dövlət qurumları adından kütləvi fişinq hücumları oldu