Ləğv edilmiş Yüksəliş Partiyasının sədri Anar Əsədlinin cinayət işi üzrə növbəri məhkəmə prosesi keçirilib.
BUTA.TV Teleqraf-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə A.Əsədli ifadə verib.
O bildirib ki, zərərçəkmiş şəxslərlə dostluq münasibəti olub. Onun sözlərinə görə, Oqtay Qasımov, İlham Hüseyn, Etibar Nəsib ondan şikayətçi olan şəxslərdir:
"Oqtay Qasımov demək olar ki, evimdən çıxmırdı. İlham Hüseyn məni lideri hesab edirdi. Amma bu gün həbs olunmağıma çalışır. Etibarla 2017-2018-ci illərdə tanış olmuşam, yaxın münasibətimiz olub. Mənim mənəvi suçum ondan ibarətdir ki, bu şəxslərə inanmışam. Bu şəxslərə həmişə mən dəstək olmuşam. Mən 7 ay susdum, amma bu qədər ləyaqətsizliyin qabağında susmaq olmur".
Daha sonra prosesdə təqsirləndirilən şəxsin vəkili Zibeydə Sadıqova vəsatət verib. O, müvəkkilinin ev dustaqlığına buraxılmasını istəyib. Amma məhkəmə vəsatəti təmin etməyib.
Növbəti proses yanvarın 9-da davam edəcək.
- Ağac maşının üzərinə aşdı: gəlin və qayınana xəsarət aldı - Foto
- Gömrükdə malların buraxılışı məsələsi ilə bağlı yenilik
- Onların maaşlarında artımlar olacaq - Tapşırıq verildi
- Hansı rayonlarda ailələr daha çox dağılır? - Statistika
- Nəsimidə 72 kq narkotik dövriyyədən çıxarıldı - Video
- Xəzərdə yenə zəlzələ oldu
- Taksilərlə bağlı yeni tələblər müəyyənləşəcək
- Dövlət qurumları adından kütləvi fişinq hücumları oldu