Bu gün Ümummilli lider Heydər Əliyevin anım günüdür. Onun ölkənin siyasi, iqtisadi və mədəni həyatında qoyduğu dərin iz təkcə tarix kitablarında deyil, həm də onu yaxından tanıyan insanların yaddaşında yaşayır. Bu münasibətlə Heydər Əliyevlə uzun illər çalışmış, onunla birbaşa ünsiyyətdə olmuş şəxslərlə söhbətləşdik.
BUTA.TV xəbər verir ki, sabiq təhsil naziri Misir Mərdanov Globalinfo.az-a açıqlamasında Heydər Əliyevin çox vətənpərvər və xeyirxah insan olduğunu bildirib.
“Rektor olduğum dövrdə, bir il əvvəl universitetdə aspirantura şöbəsinin müdiri vəzifəsində çalışan Sabir Xəlilov vəfat etmişdi. O, məşhur “91-lər”dən biri idi və biz onunla birgə işləmişdik. Onun il mərasiminə yaxın günlərin birində səhər saatlarında Prezident Administrasiyasından mənə zəng etdilər ki, Heydər Əliyev səninlə danışmaq istəyir. Salamlaşdı, hal-əhval tutdu və dedi ki, Sabir Xəlilov rəhmətə gedib, bəs sən mənə niyə vaxtında deməmisən? Cavab verdim ki, cənab prezident, o vaxt mən rektor deyildim. Dedi ki, nə olsun, prorektor işləyirdin. Ardınca tapşırdı ki, gedirsən, mənim başsağlığımı onun ailəsinə çatdırırsan və il mərasimini öz üzərinə götürürsən”, - o deyib.
- Ramazan ayında nə yemək olmaz?
- Siqaret çəkənlərin nəzərinə: 5 minədək cərimə...
- Pensiya alanlara xoş xəbər
- 1 milyonluq dələduzluq: məmur oğlunun növbəti məhkəməsi...
- Azərbaycanda "kupça" almaq neçəyə başa gəlir?
- Problemi həll edirik, ya vətəndaşı sıxışdırırıq? - Deputatdan etiraz
- Sürücülərin diqqətinə: Bu küçələrdə hərəkət məhdudlaşdırılır
- Ramazanın üçüncü günü: Dua, imsak və iftar vaxtı...