Xəbər verdiyimiz kimi, AXCP sədri Əli Kərimliyə qarşı Cinayət Məcəlləsinin 278.1-ci maddəsi ilə ittiham irəli sürülüb.
BUTA.TV xəbər verir ki, CM-in 278 maddəsi “Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə”ni əhatə edir.
278.1-ci maddədə “Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud hakimiyyətin zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər” nəzərdə tutulur.
Bu maddə üzrə cəza on iki ildən iyirmi ilədək müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Qeyd edək ki, Əli Kərimli DTX-də istintaqı davam etdirilən “Ramiz Mehdiyev işi” çərçivəsində saxlanılıb.
- Bakıda kafe külə döndü - Video
- Tahir Gözəl “Azərsun Holdinq”in rəhbəri oldu
- Prezidentin yüksək vəzifə verdiyi Əməşov kimdir?
- 3 ayda 10 min uşağa reabilitasiya xidmətləri göstərilib
- Tovuzda ailə üç uşağından imtina etdi
- Azyaşlıya sükan həvalə edən sürücü məsuliyyətə cəlb olundu
- Tamerlan Qarayev Bakıdadır - Foto
- Yaşar Əməşova yeni vəzifə verildi - Foto