İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin bağlanacağı barədə xəbərlər yayılıb.
BUTA.TV xəbər verir ki, Maliyyə Nazirliyinin bu qurumu maliyyələşdirməkdən imtina edəcəyi iddia olunur. Məlumata görə, hökumət mərkəzin fəaliyyətindən razı deyil.
Məsələ ilə bağlı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zənurə Talıbova Yeni Sabah-ın sorğusuna cavab olaraq, əvvəlcə, rəhbərliklə danışıb suala münasibət bildirəcəyini deyib.
Bir qədər sonra isə sorğuya cavab verməyəcəklərini bildiriblər.
Qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2016-cı il 20 aprel tarixli 879 nömrəli Fərmanı əsasında, aparılan iqtisadi islahatların əhatə dairəsinin genişləndirilməsini və bu sahədə işlərin səmərəli əlaqələndirilməsini təmin etmək məqəsdi ilə yaradılıb.
Mərkəzin bağlanacağı barədə informasiyanı “Günün səsi” yayıb.
- Bakıda kafe külə döndü - Video
- Tahir Gözəl “Azərsun Holdinq”in rəhbəri oldu
- Prezidentin yüksək vəzifə verdiyi Əməşov kimdir?
- 3 ayda 10 min uşağa reabilitasiya xidmətləri göstərilib
- Tovuzda ailə üç uşağından imtina etdi
- Azyaşlıya sükan həvalə edən sürücü məsuliyyətə cəlb olundu
- Tamerlan Qarayev Bakıdadır - Foto
- Yaşar Əməşova yeni vəzifə verildi - Foto