Rusiya və Azərbaycan bu il qarşılıqlı ticarət dövriyyəsini 5 milyard dollara çatdıracaq.
BUTA.TV xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov Bakıda keçirilən “Avrasiya iqtisadi inteqrasiyasında iştirakın biznes üçün faydaları” adlı beynəlxalq dəyirmi masada çıxışı zamanı deyib.
“Bizim Azərbaycanla çox sıx əlaqələrimiz, çox fəal əməkdaşlığımız var. Bu il, yəqin ki, bizim üçün simvolik olaraq 5 milyard dollarlıq ticarət dövriyyəsinə çatacağıq. Bəzi tərəflər üçün bu, çox böyük rəqəm olmaya bilər. Amma inanırıq ki, bu, ölkələrimiz arasında ticarət dövriyyəsində çox yaxşı qarşılıqlı artımın göstəricisidir”, - o bildirib.
- Bakıda kafe külə döndü - Video
- Tahir Gözəl “Azərsun Holdinq”in rəhbəri oldu
- Prezidentin yüksək vəzifə verdiyi Əməşov kimdir?
- 3 ayda 10 min uşağa reabilitasiya xidmətləri göstərilib
- Tovuzda ailə üç uşağından imtina etdi
- Azyaşlıya sükan həvalə edən sürücü məsuliyyətə cəlb olundu
- Tamerlan Qarayev Bakıdadır - Foto
- Yaşar Əməşova yeni vəzifə verildi - Foto