Ruben Vardanyanı sonuncu dəfə Qarabağa getməzdən əvvəl görmüşəm.
BUTA.TV Globalinfo.az-a istinadla xəbər verir ki, bu sözləri erməni jurnalist Yeqor Qlumov deyib.
“Həbs olunmazdan bir neçə saat əvvəl onunla əlaqə saxladım. Təxminən bir saat danışdıq. Rubenin Ermənistana qayıtmalı olduğunu düşünürdük, amma razılaşmadı, dedi, qalacam. Elə həmin gün həbs olundu, sözün əsl mənasında, bir neçə saat sonra! Bizim son danışığımız o vaxt baş verdi. Dedi ki, məşğuldur, indi uzun danışa bilmərik, sonra danışarıq. Bir neçə gün sonra o, həbs olunanda Vatsapdakı söhbətlərimizdən, səs yazılarımdan, şəkillərimdən, skrinşotlarımdan heç nə qalmadı. Mənim üçün bu hələ də böyük sirrdir. Bunu Rubenmi silib, yoxsa telefon azərbaycanlıların əlinə keçib – bilmirəm”, - Qlumobv bildirib.
Qeyd edək ki, Qarabağda keçmiş qondarma rejimin “dövlət naziri” olmuş Ruben Vardanyan Ermənistana keçmək istəyərkən Laçın nəzarət-buraxılış məntəqəsində Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılmışdı.
- Prezident qadın hərbçilərlə bağlı bu qanunu təsdiqlədi
- İlham Əliyev pravoslav xristian icmasını təbrik etdi
- FHN: Suçəkmə işləri davam etdirilir - Video
- Qarabağda 800-dək sakin üçün kiçik bizneslər qurulub
- Övladının dəfnində canlı yayım açan atanın iki uşağı əlindən alındı
- Bakıda faciəvi şəkildə ölən zabit olub
- Bakıda kafe külə döndü - Video
- Tahir Gözəl “Azərsun Holdinq”in rəhbəri oldu