Hazırda ev dustaqlığında saxlanılan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin ötən gecə səhhəti pisləşib və təcili tibbi yardım çağırılıb.
BUTA.TV Gununsesi.info-ya istinadla xəbər verir ki, dövlətin Təcili Tibbi Yardım Xidmətinə etibar etməyən Ramiz Mehdiyevin ailəsi özəl klinikaların birindən həkim briqadası çağırıb.
İlkin tibbi yardım göstəriləndən sonra Mehdiyevin səhhəti qaydasına düşüb.
Bildirilib ki, Ramiz Mehdiyev tənəffüs yollarındakı problemlərdən əziyyət çəkir.
Qeyd edək ki, R. Mehdiyev Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq Baş İdarəsində cinayət məsuliyyətinə cəlb olunub. Onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. R.Mehdiyev dövlət çevrilişinə cəhddə ittiham olunur.
- Prezident qadın hərbçilərlə bağlı bu qanunu təsdiqlədi
- İlham Əliyev pravoslav xristian icmasını təbrik etdi
- FHN: Suçəkmə işləri davam etdirilir - Video
- Qarabağda 800-dək sakin üçün kiçik bizneslər qurulub
- Övladının dəfnində canlı yayım açan atanın iki uşağı əlindən alındı
- Bakıda faciəvi şəkildə ölən zabit olub
- Bakıda kafe külə döndü - Video
- Tahir Gözəl “Azərsun Holdinq”in rəhbəri oldu