Rusiya-Azərbaycan arasındakı münasibətlərdəki gərginlik Azərbaycan-ABŞ münasibətlərinin yaxşılaşmasına səbəb oldu.
BUTA.TV xəbər verir ki, bunu Atlantik Konsul Beyin Mərkəzinin Avrasiya Şöbəsinin Baş direktoru Con E.Herbst Azərbaycan-ABŞ Beyin Mərkəzlərinin I Forumunda deyib.
“AZAL təyyarəsinin vurulması və bu faktın inkar edilməsi, Rusiyada Azərbaycan iş adamlarına qarşı mənfi münasibət, eləcə də bir sıra digər oxşar amil Azərbaycanla ABŞ arasında münasibətləri daha da yaxınlaşdıracaq”, - o bildirib.
Herbst qeyd edib ki, “Tramp yolu” ABŞ-ı Cənubi Qafqaza daha çox diqqət yetirməyə təşviq edir və burada Azərbaycan, Ermənistan və Türkiyə arasındakı münasibətlər böyük əhəmiyyət kəsb edir.
ABŞ-ın Türkiyə ilə əməkdaşlığından da danışan amerikalı ekspert Türkiyə prezidentinin çətin tərəfdaş olduğunu qeyd edib. Bununla belə, o, Vaşinqton və Türkiyənin Yaxın Şərqdə və Cənubi Qafqazda maraqlarının üst-üstə düşdüyünü vurğulayıb.
- ADY-nin Dərnəgül dayanacağının tikintisi yekunlaşır - Video
- Bu ərazilərə qar yağır
- Bu yollar iki gecə təmir ediləcək
- Prezident qadın hərbçilərlə bağlı bu qanunu təsdiqlədi
- İlham Əliyev pravoslav xristian icmasını təbrik etdi
- FHN: Suçəkmə işləri davam etdirilir - Video
- Qarabağda 800-dək sakin üçün kiçik bizneslər qurulub
- Övladının dəfnində canlı yayım açan atanın iki uşağı əlindən alındı