Azərbaycanın Qazaxıstan və Rusiya taxılının Ermənistana tranzitinə icazə verməsi erməni müxalifətini çətin vəziyyətə salıb. Erməni radikallar taxılın tranzitinin əleyhinə açıqlama vermirlər, bu məntiqə zidd olardı, özləri uzun illər bəyan edirdilər ki, guya Azərbaycan Ermənistanı blokada saxlayır. Halbuki Ermənistan ona lazım olan taxılı digər marşrutlardan əldə edir, üstəgəl Azərbaycanın işğal altındakı ərazilərindən də İrəvana taxıl daşınırdı. İndi Rusiya və Qazaxıstan Azərbaycanın nəqliyyat imkanlarından istifadə edərək Ermənistana qısa yolla taxıl nəql etmək imkanı qazanıblar.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, rrməni radikallar Azərbaycan üzərindən taxıl tranzitini şübhə altına alan yeni “bəhanələr” icad ediblər:
“Onların sözlərinə görə, guya Azərbaycan üzərindən taxıl tranziti Ermənistana baha başa gələcək. Çünki Ermənistan tranzitə görə Gürcüstana da pul ödəməli olacaq. Ermənistan Zəngəzur dəhlizini qısa müddətdə bərpa edərsə, Gürcüstan üzərindən nəqlə ehtiyac olmayacaq, taxıl və digər yüklər Azərbaycan üzərindən birbaşa Ermənistana daşınacaq.
Radikalların digər “bəhanəsi” alınan taxılın qida üçün yararsız və həmin taxılın heyvan yemi olmasıdır. Əslində radikallar bu “arqumentlə” yalnız Paşinyan hökumətini hədəf almırlar, tərəfdaş adlandırdıqları Qazaxıstanı da aşağılamış olurlar. Çünki yüksək keyfiyyətli Qazaxıstan taxılından un məhsulları hazırlanacaq. Təsadüfi deyil ki, Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan rəqiblərinə cavab olaraq Azərbaycandan tranzitlə ölkəyə gətirilən Qazaxıstan buğdasından hazırlanan çörəyi birinci dadmağa hazır olduğunu bildirib”.
- Elektrikə qoşulmaq üçün yeni qayda tətbiq ediləcək
- Cəlil Əhmədov departamentə müdir təyin edildi
- ADY-nin Dərnəgül dayanacağının tikintisi yekunlaşır - Video
- Bu ərazilərə qar yağır
- Bu yollar iki gecə təmir ediləcək
- Prezident qadın hərbçilərlə bağlı bu qanunu təsdiqlədi
- İlham Əliyev pravoslav xristian icmasını təbrik etdi
- FHN: Suçəkmə işləri davam etdirilir - Video