Azərbaycan əsilli iş adamı Fərhad Əhmədova məxsus, atası Teymur Əhmədovun adını daşıyan “Aznar” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti dayandırılıb.
BUTA.TV xəbər verir ki, bu haqda “Unikal”a QSC-dən bildirilib. Qeyd olunub ki, 2025-ci il 16 oktyabr tarixindən etibarən Göyçay Rayon Məhkəməsi və İcra Şöbəsi müəssisənin istehsalat fəaliyyəti dayandırılıb, zavodun əmlakı üzərinə həbs qoyulub.
Qeyd edilib ki, sözügedən tədbirlər “QARAÇAY” Fermer Şirkəti ilə “KƏND” MMC arasında bağlanmış 09 dekabr 2019-cu il tarixli bir neçə podrat müqaviləsindən (QAR-70-1/12-2019, QAR-70-2/12-2019 və s.) irəli gələn mülki-hüquqi mübahisə ilə bağlı görülüb.
Həmçinin bildirilib ki, "AZNAR" QSC-nin bağlanması nəticəsində müəssisəyə 5 875 200 AZN məbləğində potensial iqtisadi itki yaranıb.
- Elektrikə qoşulmaq üçün yeni qayda tətbiq ediləcək
- Cəlil Əhmədov departamentə müdir təyin edildi
- ADY-nin Dərnəgül dayanacağının tikintisi yekunlaşır - Video
- Bu ərazilərə qar yağır
- Bu yollar iki gecə təmir ediləcək
- Prezident qadın hərbçilərlə bağlı bu qanunu təsdiqlədi
- İlham Əliyev pravoslav xristian icmasını təbrik etdi
- FHN: Suçəkmə işləri davam etdirilir - Video