2020-ci ilin dekabrında Azərbaycan və Rusiyanın sülhməramlıların statusu ilə bağlı bir neçə mərhələdə intensiv danışıqları oldu.
BUTA.TV Report.az-a istinadən xəbər verir ki, bunu İTV-yə müsahibəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.
O bildirib ki, sənədin müzakirəsi zamanı Azərbaycan ora elə elementlər daxil etmişdi ki, birmənalı şəkildə onların məhz Azərbaycan ərazisində, hər bir prosesi Azərbaycanla razılaşdırıb, Azərbaycanın icazəsi ilə etmək anlamına gəlirdi:
"Bu sənədə prinsip etibarilə baxa bilərdik. Həmin anlayışların bir çoxu Rusiya tərəfini qane etmədi. Uzun gedən danışıqlardan sonra hamı anladı ki, ortaq məxrəcə gəlmək mümkün olmayacaq. Elə buna görə, 2024-cü ilə qədər, yəni Rusiya sülhməramlıları buranı tərk edənə qədər heç bir statusu olmadı".
- İş günü qısaldılacaq - Bu tarixdə
- Bakının üç rayonunda qaz kəsiləcək
- Litvanın baş naziri Bakıda xalça toxudu
- Bu ərazilərdə qaz kəsiləcək
- Elektrikə qoşulmaq üçün yeni qayda tətbiq ediləcək
- Cəlil Əhmədov departamentə müdir təyin edildi
- ADY-nin Dərnəgül dayanacağının tikintisi yekunlaşır - Video
- Bu ərazilərə qar yağır