Oktyabrın 16-da Tramp Putinlə telefon danışığı aparmış, bundan sonra Budapeştdə yeni görüş planlarını açıqlamışdı. Amma Trampla əldə olunan bu razılaşma Lavrovun ABŞ Dövlət katibi Marko Rubio arasında baş tutan danışıqdan sonra pozulmuş, Budapeştdə planlaşdırılan görüş təxirə salınmışdı. ABŞ mediasının iddiasına görə, Rubio Lavrovla danışıqlarından sonra Rusiyanın barışmaz mövqe tutduğunu bildirmişdi. Rubionun bu qiymətləndirməsi Trampın “Lukoyl” və “Rosneft” kimi rus şirkətlərinə qarşı ilk sanksiyalarını tətbiq etmək qərarına da təsir göstərmişdi.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Heydər Oğuz Rusiya Prezidenti Vladimir Putinin nüvə sınaqlarının keçirilməsi ilə bağlı ABŞ-ın qərarına adekvat reaksiyanın veriləcəyini bildirdiyi TŞ iclasında xarici işlər naziri Sergey Lavrovun iştirak etməməsi haqda qeyd edib.
“Lavrovun danışıqlarda “inadkarlıq barıtını çox etməsi” Rusiyanı indiki ağır duruma salıb və bundan sonra nə olacağını müəyyənləşdirmək çətindir. Görünən budur ki, Lavrov Putinin növbəti “günah keçisi”nə çevrilmək təhlükəsi ilə üz-üzədir”, - o bildirib.
- Emindən qızı Əminəyə ad günü hədiyyəsi - Video
- İş günü qısaldılacaq - Bu tarixdə
- Bakının üç rayonunda qaz kəsiləcək
- Litvanın baş naziri Bakıda xalça toxudu
- Bu ərazilərdə qaz kəsiləcək
- Elektrikə qoşulmaq üçün yeni qayda tətbiq ediləcək
- Cəlil Əhmədov departamentə müdir təyin edildi
- ADY-nin Dərnəgül dayanacağının tikintisi yekunlaşır - Video