Mən bütövlükdə bildirmək istəyirəm ki, elm iqtisadiyyatla, sənaye ilə sıx bağlı olmalıdır. Burada bu kürsüdən dövlət strukturlarına da göstəriş vermək istəyirəm ki, Azərbaycan alimləri ilə daha sıx işləsinlər.
BUTA.TV xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında çıxışı zamanı söyləyib.
“Çünki bu gün bizim elmimizin praktik nəticələri olmalıdır. Təkcə elmi əsərlərdə yox, həyatda və iqtisadiyyatın sürətli inkişafını nəzərə alaraq, əlbəttə ki, burada əlaqələndirmə, uzlaşma yüksək səviyyədə olmalıdır. Əminəm ki, bu sözlərdən sonra bizim dövlət qurumlarımız Azərbaycan alimləri ilə daha fəal işləyəcəklər”, - İlham Əliyev bildirib.
- Qafar Abdullayevin həbs müddəti uzadıldı
- Əlilliyi olan şəxslərə qulluq edənlər üçün maarifləndirmə tədbirləri...
- Sumqayıt-Laçın avtobus reysi fəaliyyətə başlayır
- FHN əməkdaşlarını maşınla vuran şəxsin kimliyi məlum oldu
- Qadın evində ölü tapıldı
- İranda zəlzələ oldu
- Vəzifəli şəxsin ölkədən çıxışına məhdudiyyət qoyuldu
- Yanan avtomobili söndürmək istədi, maşın vurub öldürdü