Ermənistan və Azərbaycan artıq sülh müqaviləsini paraflayıb. Hər iki ölkə münasibətlərin tam normallaşdırılması üçün ciddi səylər göstərir.
BUTA.TV APA-ya istinadla xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Fransada 4-cü Feminist Diplomatiya Konfransı çərçivəsində keçirilən panel müzakirəsində bildirib.
“Bəlkə də hamıya məlumdur ki, biz Azərbaycanla sülh bağlamışıq. Hazırda hər iki ölkə münasibətlərin tam normallaşdırılması üçün böyük səylər göstərir. Hökumətin rəsmi sazişlərin imzalanması və konkret həllərin hazırlanması istiqamətində apardığı işlərlə paralel olaraq, cəmiyyətlərin barışması üçün də böyük ehtiyac var”, - nazir qeyd edib.
O vurğulayıb ki, sülh prosesinin uğuru yalnız rəsmi razılaşmalardan deyil, həm də cəmiyyətlərin qarşılıqlı anlaşmasından asılıdır.
- Polis əməliyyatı: 20 silah aşkarlandı
- Bakıda 29 yaşlı oğlan oteldə öldü
- Cəbrayılda açıq ərazidə yanğın oldu
- Dayanacaqda avtomobil park edən sürücü cəzalandırıldı
- FHN əməkdaşları faciədən öncə... - Video
- Sabah hava necə olacaq?
- Əjdər Cəfərova yüksək vəzifə verildi
- Bakıda motosikleti səkiyə vuran 18 yaşlı sürücü öldü