Avropa Birliyi Azərbaycan və Ermənistan arasında sülh prosesində son müsbət addımları, o cümlədən Azərbaycanın Ermənistana malların tranzitinə qoyulan bütün məhdudiyyətləri aradan qaldırmasını alqışlayır.
BUTA.TV xəbər verir ki, bunu AB-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono X hesabında bildirib.
Onun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında baş verən son hadisələr, o cümlədən iki ölkə parlament sədrlərinin Cenevrədə görüşü və İrəvanda hər iki ölkənin vətəndaş cəmiyyətlərinin iştirakı ilə keçiriləcək dəyirmi masalar sülh prosesinin irəlilədiyini göstərir:
“Azərbaycanın ərazisi vasitəsilə Ermənistana mal tranziti ilə bağlı məhdudiyyətlərin aradan qaldırılması, parlament rəhbərlərinin Cenevrə görüşü və qarşıdakı ictimai dialoqlar bizi çox ruhlandırır. AB bu praktiki addımları səmimi şəkildə alqışlayır və etimadın möhkəmlənməsinə yönələn bütün təşəbbüsləri dəstəkləməyə hazırdır”.
- Polis əməliyyatı: 20 silah aşkarlandı
- Bakıda 29 yaşlı oğlan oteldə öldü
- Cəbrayılda açıq ərazidə yanğın oldu
- Dayanacaqda avtomobil park edən sürücü cəzalandırıldı
- FHN əməkdaşları faciədən öncə... - Video
- Sabah hava necə olacaq?
- Əjdər Cəfərova yüksək vəzifə verildi
- Bakıda motosikleti səkiyə vuran 18 yaşlı sürücü öldü