Azərbaycan vasitəsilə Ermənistana buğda idxal etmək həqiqətən inqilabdır.
BUTA.TV Teleqraf-a istinadla xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri müavini Ruben Rubinyan Azərbaycan Prezidenti İlham Əliyevin Bakının Ermənistana yüklərin tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırması ilə bağlı bəyanatına cavabında deyib.
“Tənqidlər var idi ki, bu, birtərəfli güzəştdir, Azərbaycan Ermənistan ərazisindən tranzit keçmək imkanı əldə edəcək, Ermənistan isə heç nə əldə etməyəcək”, - o, yerli müxalifətin Qazaxıstandan Ermənistana Azərbaycan ərazisindən buğda idxalı ilə bağlı tənqidinə toxunaraq bildirib.
Rubinyan vurğulayıb ki, Ermənistan nəhayət mənbələrin şaxələndirilməsini həyata keçirir: “Hesab edirəm ki, baş verənlər həqiqətən də inqilabdır”.
- “Kristal” iddialara aydınlıq gətirdi
- Bu qurumların nəqliyyat vasitələri hərraca çıxarılır
- Polis əməliyyatı: 20 silah aşkarlandı
- Bakıda 29 yaşlı oğlan oteldə öldü
- Cəbrayılda açıq ərazidə yanğın oldu
- Dayanacaqda avtomobil park edən sürücü cəzalandırıldı
- FHN əməkdaşları faciədən öncə... - Video
- Sabah hava necə olacaq?