Müqaviləyə əsasən, Pakistan 4.6 milyard dollar qarşılığında Azərbaycana 40 ədəd 4.5-ci nəsil "JF-17 Block III" qırıcı təyyarəsi satacaq. Bu gün Pakistandan Bakıya növbəti partiya çatdırılıb.
BUTA.TV xəbər verir ki, bu barədə mühacir jurnalist Elbəyi Həsənli qeyd edib.
O bildirib ki, ABŞ-ın beyin mərkəzi olan “National İnterest” jurnalında “Niyə Azərbaycan ABŞ-Çin rəqabətinin növbəti cəbhəsidir” (Why Azerbaijan Is the Next Front of US-China Competition) adlı məqalə gedib:
“Məqalədə II Qarabağ müharibəsindən sonra Azərbaycanın Cənubi Qafqazda dominant mövqeyə sahib olması vurğulanır. Qeyd olunur ki, Rusiya və İranın zəifləməsi fonunda Azərbaycan güclənib. Amerika bu faktoru nəzərə almalıdır”.
- “Kristal” iddialara aydınlıq gətirdi
- Bu qurumların nəqliyyat vasitələri hərraca çıxarılır
- Polis əməliyyatı: 20 silah aşkarlandı
- Bakıda 29 yaşlı oğlan oteldə öldü
- Cəbrayılda açıq ərazidə yanğın oldu
- Dayanacaqda avtomobil park edən sürücü cəzalandırıldı
- FHN əməkdaşları faciədən öncə... - Video
- Sabah hava necə olacaq?