Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri, Hikmət Hacıyev ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevanın Vatikan səfəri barədə X hesabında paylaşım edib.
BUTA.TV xəbər veirr ki, paylaşımda Mehriban Əliyevanın səmərəli görüşləri barədə ətraflı məlumat əksini tapıb.
Prezident köməkçisi Birinci viyse-prezident Mehriban Əliyevanın Roma Papası XIV Leo ilə görüşünün Azərbaycanın dinlərarası anlaşma və mədəniyyətlərarası dialoqa sadiqliyini nümayiş etdirdiyini ifadə etməsinə diqqət çəkib.
"Bu səfər Azərbaycanın mədəni və humanitar diplomatiyasının parlaq nümunəsidir. Azərbaycanın katolik xristian irsinin bərpasına verdiyi dəstək və bu sahədə uzunmüddətli əməkdaşlığı ölkənin tolerantlıq və qarşılıqlı hörmət prinsiplərinə sadiqliyini təsdiqləyir".
Hikmət Hacıyev müsəlman əhalinin çoxluq təşkil etdiyi, eyni zamanda xristian, yəhudi və digər dinlərin nümayəndələrinin dinc yanaşı yaşadığı dünyəvi Azərbaycanın bu gün inklüzivlik, dözümlülük və multikultural harmoniyanın parlaq nümunəsi olduğunu vurğulayıb.
"Qadınların gücləndirilməsi və bərabər imkanların təminində mühüm təcrübəyə malik Azərbaycan Cənubi Qafqazı sülh və sabitlik məkanına çevirərək, qlobal miqyasda sülh, dialoq və əməkdaşlığa əsaslanan müsbət gündəliyi irəli aparır".
- Küləklə bağlı sarı xəbərdarlıq
- Fuad Nəcəfli istintaqa cəlb edildi
- ADY sərnişinlərə kitab hədiyyə edir - Foto
- Ordumuzun əsgəri vəfat etdi - İki ay sonra tərxis olunacaqdı
- Ölüm təhdidi ilə gündəmə gələn şəxsə vəzifə verildi
- Polkovnik əsgər ölümünə görə vəzifədən çıxarıldı
- “Kristal” iddialara aydınlıq gətirdi
- Bu qurumların nəqliyyat vasitələri hərraca çıxarılır