Rusiyanın "Lukoyl" və "Rosneft" neft şirkətlərinin iştirakı ilə Azərbaycan və Qazaxıstanda həyata keçirilən beynəlxalq layihələr Böyük Britaniyanın sanksiyalarından azad edilib.
BUTA.TV Report-a istinadən xəbər verir ki, bu barədə "Lukoyl" və "Rosneft"i sanksiyalar siyahısına əlavə edən Böyük Britaniyanın Maliyyə Nazirliyindən bildirilib.
"Xəzər Boru Kəməri Konsorsiumu", "TengizChevroil", "Şahdəniz", "Cənubi Qafqaz Qaz Boru Kəməri" (Bakı-Tiflis-Ərzurum), "Azerbaijan Gas Supply Company" və "Qaraçaqanak" layihələri 14 oktyabr 2027-ci il tarixinədək sanksiyalardan azad edilib.
- Nazir döyüş fəaliyyətini yoxladı, tapşırıqlar verdi - Foto
- Bakıda əməliyyat: saxlanılanlar var - Video
- Bakıdan Ermənistana neft daşınması: Tiflisdən simvolik qiymət...
- FHN-in xidmət zamanı həlak olan əməkdaşı dəfn edildi - Foto
- Küləklə bağlı sarı xəbərdarlıq
- Fuad Nəcəfli istintaqa cəlb edildi
- ADY sərnişinlərə kitab hədiyyə edir - Foto
- Ordumuzun əsgəri vəfat etdi - İki ay sonra tərxis olunacaqdı