Rusiya-Ukrayna münaqişəsində azərbaycanəsilli şəxs həlak olub.
BUTA.TV Oxu.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkədə Odessada yaşayan jurnalist Anar Natiqoğlu məlumat yayıb.
Bildirilib ki, Faiq Faiq oğlu Şofel son illərdə Ukrayna ordusunun hücum-desant bölmələrində kəşfiyyatçı kimi xidmət edib və bir çox əməliyyatlarda iştirak edib.
O, oktyabrın 12-də həyata keçirilən döyüş tapşırığı zamanı həlak olub.
Məlumata görə, onun atası əslən Şirvan şəhərindəndir, anası isə Ukrayna kökənlidir.
Onun sözlərinə görə, oktyabrın 16-da səhər saat 10:00-da qəhrəman döyüşçü ilə vida mərasimi Odessadakı "Zabitlər evi"ndə keçiriləcək. Daha sonra dəfn mərasimi şəhər kənarındakı müsəlman qəbiristanlığında baş tutacaq.
- Mehdiyev AMEA-dan qovulur – Rəyasət Heyəti toplanır
- Adnan Əhmədzadə ilə bağlı bu iddia yalan çıxdı
- Çalışdığı avtoyumada “Hunday”ı qaçırdı
- Nazir döyüş fəaliyyətini yoxladı, tapşırıqlar verdi - Foto
- Bakıda əməliyyat: saxlanılanlar var - Video
- Bakıdan Ermənistana neft daşınması: Tiflisdən simvolik qiymət...
- FHN-in xidmət zamanı həlak olan əməkdaşı dəfn edildi - Foto
- Küləklə bağlı sarı xəbərdarlıq