Aktyor Tahir İmanov qardaşı Cabir İmanovun ölümündən sonra videoaçıqlama yayıb.
BUTA.TV Bakupost.az-a istinadən xəbər verir ki, o, qardaşının ölümündən sonra sosial şəbəkələrdə aktyorun dini mənsubiyyəti ilə bağlı yayılan iddialara cavab verib:
“Birincisi, bu kimi mövzuları qabardan insanlar birliyə böyük zərbə vurur. Digəri isə dinə olan mənsubluq hər bir insanın şəxsi işidir. Üçüncüsü ən vacibi isə odur ki, bu çox böyük günahdır. Çünki siz ölünün dalınca qeybət edirsiniz”.
Aktyor cənazə mərasimində jurnalistlərə qoyulan çəkiliş qadağası ilə bağlı da danışıb:
“Dedim ki, halallıq vermirik. Bu məsələni şişirtdiniz. Qəbiristanlığa gedəndə dedim ki, təkcə kişilər gedir. Bu bizim adətimizdir. Gəlib gördüm ki, yalandan başlarını bağlayan jurnalist xanımlar hansısa yüksəklikdə durub ki, qəbiri çəksinlər. Bu nə adətdir? Babalarınızın, nənələrinizin dəfni vaxtı video çəkilib? Ayıb deyil?”
Ətraflı videomaterialda:
- Ötən ay avtomobil nəqliyyatı ilə neçə milyon sərnişin daşınıb?
- Xidmət zamanı maşın vuran FHN əməkdaşının son vəziyyəti
- Bakıda evlərə qənim kəsilən oğru saxlanıldı
- 102-yə zəng edib narkotikin qiymətindən danışdı, həbs olundu
- Mehdiyev AMEA-dan qovulur – Rəyasət Heyəti toplanır
- Adnan Əhmədzadə ilə bağlı bu iddia yalan çıxdı
- Çalışdığı avtoyumada “Hunday”ı qaçırdı
- Nazir döyüş fəaliyyətini yoxladı, tapşırıqlar verdi - Foto