Urmiya gölünün kritik vəziyyəti ədalətsizliyin simvolu və İranda azərbaycanlılara qarşı açıq ayrı-seçkiliyin nümunəsidir.
BUTA.TV xəbər verir ki, bunu BMT-nin İrandakı insan haqları üzrə xüsusi məruzəçisi May Sato deyib.
O, Cenevrədə Güney Azərbaycanda insan haqlarının müdafiəsinə həsr olunan konfransda Urmiya gölünün qurumasını İran rəsmilərinin yarıtmaz siyasətinin nəticəsi hesab edib:
“Urmiya gölünün kritik vəziyyəti səmərəsiz idarəetmənin və ekoloji idarəçilikdə şəffaflığın olmamasının nəticəsidir. Bu, təkcə ətraf mühiti deyil, həm də yerli əhalinin əsas hüquqlarını və ənənəvi həyat tərzini təhlükə altına qoyub. Azərbaycan cəmiyyəti hazırda Urmiya gölünün qurumasının geniş təsirləri ilə üz-üzədir və bu prosesin davam etdirilməsi daha təhlükəli fəsadlarla nəticələnə bilər”.
Sato ekoloji problemlə bağlı fikir bildirən ictimai və ətraf mühit fəallarının sıxışdırılmasına da diqqət çəkib.
Qeyd edək ki, son məlumatlara görə, Urmiya gölü tamamilə quruyub və peykdən çəkilən fotolarda görünmür.
- Ötən ay avtomobil nəqliyyatı ilə neçə milyon sərnişin daşınıb?
- Xidmət zamanı maşın vuran FHN əməkdaşının son vəziyyəti
- Bakıda evlərə qənim kəsilən oğru saxlanıldı
- 102-yə zəng edib narkotikin qiymətindən danışdı, həbs olundu
- Mehdiyev AMEA-dan qovulur – Rəyasət Heyəti toplanır
- Adnan Əhmədzadə ilə bağlı bu iddia yalan çıxdı
- Çalışdığı avtoyumada “Hunday”ı qaçırdı
- Nazir döyüş fəaliyyətini yoxladı, tapşırıqlar verdi - Foto