İmişli rayonu Qulubəyli kənd tam orta məktəbində təhsil alan şagirdlərin valideynləri məktəbdəki şəraitin bərbad olması barədə anews.az-a müraciət ediblər.
Onların sözlərinə görə, sinif otaqlarında pəncərələr yoxdur və bu, xüsusilə qış aylarında dərs prosesini çətinləşdirir.
Valideynlər məktəbin illərdir təmir olunacağı vəd edilsə də, heç bir tədbirin görülmədiyini deyirlər.
Mil-Muğan Regional Təhsil İdarəsi məsələ ilə bağlı anews.az-a cavab olaraq bildirilib ki, məktəbin vəziyyəti barədə məlumatlıdırlar və təmir məsələsi qeydiyyata alınıb. Qurum qeyd edib ki, təhsil müəssisələrinin təmiri və tikintisi növbəlilik və prioritetlik prinsipi əsasında həyata keçirilir.
Hazırda adıçəkilən məktəbdə 186 şagird təhsil alır.
- ADY ötən ay 1,6 milyon tondan çox yük daşıdı
- Tavuşda yeni xətt çəkildi: Hansı ərazilər Azərbaycana keçdi?
- Bu rayonlarda işıq olmayacaq
- Emindən qızı Əminəyə ad günü hədiyyəsi - Video
- İş günü qısaldılacaq - Bu tarixdə
- Bakının üç rayonunda qaz kəsiləcək
- Litvanın baş naziri Bakıda xalça toxudu
- Bu ərazilərdə qaz kəsiləcək