Əksər hallarda biz söhbəti birbaşa pandemiyadan başlayırıq və hər şeyi ona bağlayırıq. Halbuki bu problem təkcə pandemiya ilə məhdudlaşmır.
Bu sözləri BUTA.TV-a açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla gənc yaşda infarkt hallarının çoxalmasının pandemiya zamanı vurulan peyvəndlərlə bağlı olması haqda danışarkən bildirib.
“Doğrudur, COVİD-19 və vaksinasiya dövründən sonra tromblaşma və digər ürək-damar problemlərinin sayı artıb. Bununla bağlı beynəlxalq səviyyədə tədqiqatlar aparılır və yaxın vaxtlarda nəticələr açıqlanacaq. Bu təsirləri inkar etmək olmaz. Amma məsələ yalnız bununla bitmir. Mənim fikrimcə, əsas məsələ müstəqillikdən sonrakı dövrdə həyat tərzimizin kəskin dəyişməsidir. Bu, daha ciddi faktordur”, - həkim qeyd edib.
A.Qeybulla bazarda süni və qatqılı qidaların artmasının da insan sağlamlığına mənfi təsir göstərdiyini vurğulayıb:
“Yağların istehsalına diqqət edin: dünya əhalisi bu gün 8 milyarda yaxınlaşır. Bu qədər insana yağ məhsulları çatdırmaq üçün nə qədər inək yetişdirilməlidir? Bu, sadə görünsə də, çox düşündürücü sualdır. Ona görə də bazarda süni və qatqılı məhsulların artımı qaçılmazdır. Lakin bu qidalar insan orqanizminə ciddi zərər vurur və onların istifadəsi sürətlə artır. Nəticə olaraq, sağlam qalmaq üçün az yemək, düzgün qidalanmaq və daha çox hərəkət etmək hər bir insanın həyat prinsipi olmalıdır”.
- Ötən ay avtomobil nəqliyyatı ilə neçə milyon sərnişin daşınıb?
- Xidmət zamanı maşın vuran FHN əməkdaşının son vəziyyəti
- Bakıda evlərə qənim kəsilən oğru saxlanıldı
- 102-yə zəng edib narkotikin qiymətindən danışdı, həbs olundu
- Mehdiyev AMEA-dan qovulur – Rəyasət Heyəti toplanır
- Adnan Əhmədzadə ilə bağlı bu iddia yalan çıxdı
- Çalışdığı avtoyumada “Hunday”ı qaçırdı
- Nazir döyüş fəaliyyətini yoxladı, tapşırıqlar verdi - Foto