Ermənistan parlamentinin sədri Alen Simonyan Konstitusiya islahatlarından əvvəl Azərbaycanla sülh müqaviləsinin imzalanmasının mümkünlüyünü istisna etməyib.
BUTA.TV xəbər verir ki, o, bu barədə Ermənistan mediasına bildirib.
“Konstitusiya dəyişikliyi prosesi Azərbaycanın tələbləri ilə bağlı deyil. Bu mövzuda müzakirələr hələ koronavirus pandemiyası başlamazdan əvvəl olub”, - o qeyd edib.
Simonyan müdafiə xərclərinin azaldılmasını Azərbaycan amili ilə əlaqələndirməyib:
“Obyektiv amillərə görə Ermənistan hərbi xərclər baxımından NATO-da ikinci böyük orduya malik olan Türkiyə, eləcə də Azərbaycanla rəqabət apara bilmir. Bu vəziyyətdə əsas şey vəsaitlərin rasional istifadəsidir”.
- ADY ötən ay 1,6 milyon tondan çox yük daşıdı
- Tavuşda yeni xətt çəkildi: Hansı ərazilər Azərbaycana keçdi?
- Bu rayonlarda işıq olmayacaq
- Emindən qızı Əminəyə ad günü hədiyyəsi - Video
- İş günü qısaldılacaq - Bu tarixdə
- Bakının üç rayonunda qaz kəsiləcək
- Litvanın baş naziri Bakıda xalça toxudu
- Bu ərazilərdə qaz kəsiləcək